“Sport Luxury Travel” şirkətinin təşkilatçılığı ilə NG Phaselis Bay və NG Sign hotellərinin təqdimatı keçirilib – FOTOLAR

Fevral 16, 2026 12:51 / 140
“Sport Luxury Travel” şirkətinin təşkilatçılığı ilə NG Phaselis Bay və NG Sign hotellərinin təqdimatı keçirilib – FOTOLAR
A-
A
A+

“The Ritz-Carlton Baku” hotelində “Sport Luxury Travel” şirkətinin təşkilatçılığı ilə “Fit Holidays” konsepti çərçivəsində xüsusi səhər yeməyi və təqdimat tədbiri baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə turizm sektorunun nümayəndələri olmaqla ümumilikdə 50 nəfər iştirak edib.

Görüş zamanı Türkiyənin məşhur NG Hotels şəbəkəsinə daxil olan NG Phaselis Bay və NG Sign hotellərinin təqdimatı keçirilib, hotellərin xidmət səviyyəsi, konsepsiyası, yeni mövsüm yenilikləri və istirahət imkanları barədə ətraflı məlumat verilib. Xüsusilə “Fit Holidays” konsepti çərçivəsində sağlamlıq, aktiv istirahət və premium komfortun bir araya gətirildiyi vurğulanıb.

Qeyd edək ki, NG Sign hotelinin bu mövsüm Türkiyənin Bodrum şəhərində rəsmi açılışı planlaşdırılır və hotelin regionun premium istirahət məkanlarından biri olacağı gözlənilir.

Tədbirin sonunda iştirakçılar arasında uduş kampaniyası təşkil olunub. Qaliblərə mart–aprel ayları üçün 3 gecəlik NG Phaselis Bay istirahəti, sentyabr–oktyabr ayları üçün 2 gecəlik NG Sign hotelində qalmaq imkanı hədiyyə olunub.

Oxşar xəbərlər